“Bəzi hallarda qətnamələr tez icra olunur, bəzən isə təəssüf ki, yox. Doğrudan da, Birləşmiş Millətlər Təşkilatı (BMT) müxtəlif hallarda müxtəlif dərəcədə effektivlik göstərir”.
Bu sözləri Böyük Britaniyadan olan analitik, strateji kommunikasiyalar üzrə ekspert, “DARS CONSULTING” şirkətinin baş direktoru Sergey Stanovkin BMT-də islahat və təşkilatın strukturunda mümkün dəyişikliklər üçün mühüm amil olan Ukrayna müharibəsi barədə Oxu.Az-a danışarkən bildirib:
Onun sözlərinə görə, BMT tamamilə səmərəsiz olsaydı, o zaman Rusiyanın suveren ölkənin – Ukraynanın ərazisində hərbi əməliyyatları müzakirə olunmazdı.
“Ölkələrin necə səs verməsi başqa məsələdir. Amma ən əsası odur ki, məsələnin özü BMT-də müzakirə olunub. Orada arqumentlər səsləndirildi və Rusiya buna cavab verməli oldu, amma cavabsız qaldığndan Rusiya Federasiyası veto hüququndan istifadə etməli oldu. Bu, çox aşkardır.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışarkən demək istəyirəm ki, mən 30 ildən artıqdır ki, Böyük Britaniyada yaşayıram, Azərbaycanın işğal olunmuş ərazilərinə gəldikdə isə bir çoxları, o cümlədən jurnalistlər BMT-nin qətnamələrinə istinad etmirdilər, onlardan xəbərləri olmayıb. Mənə elə gəlir ki, bu, beynəlxalq informasiya ilə məşğul olan azərbaycanlı ekspertlərin qüsuru idi. Diplomatlarınız əladır, lakin onlar kütləvi deyil, fərdi ünsiyyət bacarıqlarından istifadə edirlər. Azərbaycanın daxilində BMT-nin qətnamələrindən hamı xəbərdardır, amma ölkədən kənarda hamı bu barədə məlumatlı deyil. Qərbdə, ABŞ-də, dünyanın müəyyən regionunda öz ölkələrinə rəğbət qazandıra bilməyən diplomatları, məmurları işdən çıxarırlar”, – deyə o qeyd edib.
Nair Əliyev