• Şb. Noy 23rd, 2024

Sergey Strokan: “Azərbaycanda ATƏT-in Minsk qrupu ilə vidalaşdılar, Rusiyada onun öldüyünü dedilər”

ByYenigun.news

Avq 30, 2022

“ABŞ Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu mütləq başa düşməlidir”.

Bu barədə tanınmış rusiyalı siyasi icmalçı Sergey Strokan Oxu.Az-a bildirib.

“Şuşanın Azərbaycan olması faktına dünyada heç kim şübhə etmir. Bununla belə, amerikalılar, bəlkə də, Rusiyaya rəğmən bir növ oyun oynayırlar, çünki üçtərəfli razılaşmalar ABŞ və Fransanın iştirakı olmadan əldə olunub. ATƏT-in Minsk Qrupu kənarda qaldı, sonra Paris və Vaşinqton Moskva ilə əməkdaşlıqdan imtina edərək onu tamamilə məhv etdilər.

Qərbin bu hərəkətləri Vaşinqton və Parisə daha sərt mesajlar göndərmək üçün Azərbaycana növbəti siqnaldır. İndi Bakının əlində bütün kartlar var, Azərbaycan müharibədə qalib gəlib və BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan arqumentləri var. Əgər ABŞ və Fransa Azərbaycanla birgə fəaliyyət göstərmək istəyirlərsə, o zaman hansısa ikili oyun oynamamalıdırlar, artıq başa düşməlidirlər ki, Azərbaycana təzyiq etmək heç bir nəticə verməyəcək.

Təbii ki, səfərin ləğvi elə bir diplomatik jestdir ki, media effekti yaratmağa hesablanıb və bu, nəticə verdi, baxın, biz sizinlə bu barədə danışırıq. Bundan əlavə, Fransa və ABŞ Qarabağ nizamlanması ilə bağlı guya hansısa paralel beynəlxalq strukturun olduğunu xatırlatmağa çalışırlar. Amma bunlar uzaqgörən addımlar deyil. Azərbaycanda ATƏT-in Minsk qrupu ilə vidalaşdılar, Rusiyada onun öldüyünü dedilər. Odur ki, Vaşinqton və Parisin mediadan başqa hansı dividentlərə ümid etdikləri çox da aydın deyil”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir