Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Report” xəbər verir ki, bu barədə qurumun “Twitter”ində paylaşım edilib.
“Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla təbrik edir, dost və qardaş Azərbaycan xalqına rifah diləyirik”, – tvitdə bildirilib.
14:18
“Latviya Azərbaycanla dostluq münasibətlərini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir”.
“Report” xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib.
Latviya XİN 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Müstəqillik günü münasibətilə sizi təbrik edir, sülh, təhlükəsizlik və firavanlıq arzulayırıq!”, – nazirliyin tviterində edilən paylaşımda yazılıb.
13:59
Şimali Makedoniya Xarici İşlər Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin “Twitter”də paylaşım edilib.
“Müstəqillik Günün mübarək, Azərbaycan! Tərəqqi və firəvanlıq arzulayırıq. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafını səbirsizliklə gözləyirik”, – paylaşımda bildirilib.
13:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu özbəkistanlı nazir “Twitter”də yazıb.
O, həmkarını 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan dövləti və xalqına ən xoş arzularını çatdırıb.
B.Saidov bildirib ki, iki ölkə arasında əlaqələr genişlənməkdə davam edir.
13:23
Litvanın Xarici İşlər Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin “Twitter”də paylaşım edilib.
“Müstəqillik Günün mübarək, Azərbaycan!”, – paylaşımda bildirilib.