“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesi tezliklə başa çatmalıdır”.
Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü ilə bağlı bildirib.
O qeyd edib ki, ötən ilin sonunda sülh müqaviləsinin imzalanmasına imkan olub.
“Ümid edirik ki, baş verən bu proses növbəti siqnaldır ki, bu imzalanma çox tez başa çatmalıdır və başa çata bilər. Çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim bu işləri həyata keçirəcək”, – deyə Simonyan əlavə edib.
Mənbə: Ermənistan KİV