Rusiyada Azərbaycanın kütləvi informasiya vasitələrinin əsassız şəkildə bloklanması prosesi, təəssüf ki, davam edir.
“Roskomnadzor”un Rusiyaya məxsus “ədalət tərəzisi”nin növbəti hədəfi isə “Caliber.Az” saytı olub.
Oxu.Az və Azərbaycanda fəaliyyət göstərən, Rusiyanın Ukraynada başlatdığı müharibəyə yalnız obyektiv prizmadan yanaşan bir sıra saytlar kimi, “Caliber” də peşəkar və qərəzsiz fəaliyyətinin qarşılığında qərəzlə üzləşib.
Rusiyada Azərbaycan mətbuatına qarşı bu cür qərəzli və eyni zamanda da ədalətsiz yanaşmanın hökm sürdüyü bir vaxtda ölkəmizdə “Sputnik” adlı bir media orqanının tamamilə sərbəst fəaliyyəti nəzərdən kənarda qala bilməz.
Məsələ burasındadır ki, Rusiyada Azərbaycan mətbuatına qarşı aparılan bu çirkin kampaniya ölkə ictimaiyyətinin də haqlı irad və qəzəbinə səbəb olur. Hətta ölkəmizdə artıq “Sputnik”in bağlanması üçün sosial şəbəkə istifadəçiləri arasında kampaniya da başladılıb.
Bəs “Sputnik Azərbaycan”ın fəaliyyətini qərəzli edən və Azərbaycan cəmiyyətində haqlı narazılıqlara səbəb olan məqam nədən ibarətdir?
İlk növbədə el məsəlini yadımıza salaq: “Balıq başdan iylənər”. “Sputnik” nümunəsini də məhz bu atalar sözünün müasir dövrdəki ideal qarşılığı kimi qəbul etmək olar. Belə ki, “Sputnik” Rusiyada fəaliyyət göstərən erməni əsilli (əslində əsl “erməni” olan) Marqarita Simonyanın baş redaktoru olduğu bir media qurumudur.
Sözsüz ki, “Sputnik”in xəbər siyasətində və fəaliyyət “prinsip”lərinin də müəyyənləşməsində Marqarita Simonyan xislətinin mövcud olması təkzibolunmaz fakt olaraq qarşımıza çıxır.
Marqarita Simonyan dedikdə isə hər birimizə az-çox tanış, tipik erməni riyakarlığına sahib, Rusiyada xidmət etdiyi dairələr tərəfindən önə çəkilmiş, təxribat, propaqanda tipli tezislərin, cəmiyyətin sinir uclarını qıcıqlandıracaq mövzuların qabardılması istiqamətində tapşırıqların ilk ünvanı, icraçısı və sözsüz ki, mənfur erməni xislətinin ondan tələb etdiyi “jurnalist mövqeyi”ni ortaya qoyan əsl təbliğat aləti yada düşür.
Bu, həmin Simonyandır ki, hətta bir qədər əvvəl Azərbaycan dövlətinə qarşı açıq təxribata əl atmış, Rusiya Federasiyası adından dövlətimizə qarşı ərazi iddiaları səsləndirməyə cürət etmişdi. Əslində, bu onun erməni kimliyinin ifrat təzahürü, hansısa qılığa girməsindən asılı olmayaraq, ruhunda daşıdığı şovinizmin özünü ələ verməsi idi.
M.Simonyanın cılız mahiyyətini, iyrənc xislətini və daşıdığı xəstə fikirləri ifşa edəcək məqamları sadalamaq üçün yəqin ki, bir məqalədən daha artığına ehtiyac var. Ona görə də vaxt itirmədən yenidən Bakıdakı “Sputnik”ə qayıdaq.
“Sputnik” məhz yuxarıda qeyd etdiyimiz Marqarita Simonyanın rəhbəri olduğu media qurumudur. Qalın hərflərlə qeyd edək: “Sputnik” – Azərbaycana qarşı separatçı fikirlər səsləndirən, yalnız səsləndirməklə qalmayıb, həmin fikirləri dəstəkləyən və təbliğatını aparan, mənfur erməni xislətli Marqarita Simonyanın tabeliyindədir”.
Yəqin ki, “Sputnik”ə qiymət vermək üçün daha ağır bir ifadə axtarmağa və ya buna cəhd etməyə gərək qalmadı. Ən azından, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edən hər bir həmyerlimiz üçün belə olduğuna inanırıq. Ancaq bunu düşünərkən “Sputnik”də çalışan həmyerlilərimizlə bağlı kiçik bir haşiyə açmağı da özümüzə borc bilirik.
Maraqlıdır, Azərbaycan mətbuatında, xalqında, ölkə ictimaiyyətində çoxsaylı və haqlı narahatlıqları, narazılıqları gördükdən sonra həmin redaksiyada klaviaturanın arxasına keçib, xəbər siyasətini Marqarita Simonyanın müəyyən etdiyi bir sistemdə çalışmaq, hansısa mövzuda yazı yazıb, “azad” fikir ortaya qoymaq necə mümkün ola bilər?
Ümumiyyətlə, birbaşa və ya dolayı yolla separatçının rəhbərliyi altında çalışmaq redaksiya üzvləri arasında hansı hissləri yaradır? Vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlər, milli təəssübkeşlik kimi anlayışlar onlara gecələr rahat yatmağa imkan verirmi? Yoxsa ümumiyyətlə bu anlayışların üzərindən xətt çəkib, aid olduqları torpaqların bütün zənginliklərinə, dəyərlərinə üz çevirdiklərinin fərqinə varmırlar, varmaq istəmirlər?
Yəni “Sputnik”in redaksiyasında çalışdıqları qurumun yaşadıqları, böyüyüb boya-başa çatdıqları, övladlarının böyüdüyü Azərbaycana qarşı məkrli planlar müəllifinin əlinin altında bir alətə çevrildiyini görən, duyan, sezən bircə nəfər belə yoxdurmu?
Daha əvvəl etdiyimiz müraciəti də yada salsaq, bu sualın cavabını çox düşünməyə gərək qalmır. Əgər yanılırıqsa, bu zənnimizdə haqsız olmaqdan da məmnunluq duyacağımızı bilmənizi istərdik…
Azərbaycanlılar və Azərbaycanda bir ailə kimi əsrlərdir birgə yaşadığımız bütün xalqların nümayəndələri üçün istənilən problemin, fikrin və ideyanın öz mahiyyətini itirdiyi, ikinci plana keçdiyi ancaq və ancaq bir məqam var – o da Vətən, Azərbaycan, azərbaycançılıqdır!
“Sputnik” əməkdaşları, sizdən tələb olunan da məhz bu torpaqlarda yaşamağın, ömür sürməyin sizə aşıladığı, bəxş etdiyi həmin o ali keyfiyyətləri xatırlamağınızdır. Çünki görünür, unutduğunuz bu məqamları sadəcə xatırlamaq da bir an belə tərəddüd etmədən düzgün qərar qəbul etməyinizə yardım edə bilər.
Uğrunda minlərlə şəhid verdiyimiz, tökülən qanlarımızın hesabına bu gün üçrəngli müqəddəs bayrağımızın dalğalandığı torpaqlara öz erməni kimliyini belə bir kənara qoyub Rusiya adından iddia irəli sürən Marqarita Simonyanın tabeliyində çalışmaq sizə başucalığı gətirməyəcəyi kimi, “Sputnik”in qərəzli və hansı maraqlara xidmət etdiyi aşkar olan fəaliyyəti də sizin imzanızın qarşısında qara ləkə olaraq qalacaqdır.
Sizin isə əlinizdə tarixdə yer almaq, öz duruşu, qətiyyətli mövqeyi ilə hər bir azərbaycanlı üçün nümunəyə çevrilmək imkanı var. Bunun üçün sizə sadəcə kompüterinizlə birlikdə “Sputnik” dəftərini də birdəfəlik qapamaq kifayət edəcək. Sadəcə klaviaturanızda başlığı “Ərizə” olan son mətni yazıb, qürurla redaksiyanı tərk etməyiniz yetərlidir…
Çünki bu addımı atmadığınız hər gün, hər saat, hətta hər saniyə belə, sizin Marqarita Simonyanla eyni mövqeyi bölüşməyiniz, separatçı iddialara dəstək verməyiniz kimi inanmaq istəmədiyimiz məqamlara getdikcə inanmağımıza səbəb olur.
Əgər “Sputnik” əməkdaşları öz baş redaktorları ilə eyni fikri bölüşürlərsə, separatçılıq iddialarını dəstəkləyirlərsə, demək, o zaman onlardan Azərbaycan adına tələb edəcəyimiz heç nə qalmır. Azərbaycan xalqının separatçılıq qarşısında nümayiş etdirdiyi milli birlik, vəhdət və yenilməz qüdrət isə bütün dünyaya bəllidir.
Azərbaycanda Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən “Sputnik”in kollektivinin öz rəhbərliyi ilə eyni mövqeyi bölüşmədiyini sübut etməsi artıq zərurətə çevrilib. Bu zərurəti görüb, layiqli qərar qəbul etməyi, öz xalqına və dövlətinə qarşı vəzifələrini yerinə yetirməyi və ən əsası – azərbaycançılıq və “Simonyançılıq” arasında seçim etməyi də öz vicdanlarına buraxırıq…
Orxan Tağıyev