• Bz. Noy 24th, 2024

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir – FOTO

ByYenigun.news

Noy 4, 2022

Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmələr keçirilir.

“Report”un xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, qanunverici orqanda təmsil olunan siyasi partiyaların nümayəndələri, deputatlar və QHT nümayəndələri iştirak edirlər.

Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu islahatlarla bağlıdır.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.

PhotoStock.az-ın sözügedən tədbirdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir