• C. Noy 29th, 2024

Siyavuş Novruzov idman edərkən xəsarət alıb

ByYenigun.news

Sen 19, 2022

Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

Bu barədə “Report”a açıqlamasında deputat özü məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib.

“Təxminən 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”, – S.Novruzov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir