• Şb. Noy 23rd, 2024

Soçi görüşündə Azərbaycan özünün güclənən mövqeyini nümayiş etdirdi

ByVuqar Ferzeliyev

Noy 2, 2022

       Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlətimizin  başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın okyabrın 31-də keçirilmiş Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, bu reallığın fonunda gələcəyə baxmaq üçün geniş imkanalar yaranıb. Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün danışıqları 30 il səbrlə davam etdirsə də, 44 gündə işğalçı Ermənistana layiq  olduğu dərsi verdi. Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, yenilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun rəşadətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin təqdimatı oldu.

      Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, üçtərəfli formatda görüşlər  bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna işıq saldı.  Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən iki il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin əksəriyyəti  artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyiyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamaq üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

       Sammitdə qəbul olunmuş birgə Bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulanıb. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşma əldə edilib. Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla  hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar  Ermənistana daha böyük faciələr gətirə bilər. Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsi isə  öz növbəsində  10 noyabr  2020-ci il Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə,  kommunikasiyaların açılması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllinə  təsirsiz ötüşməyəcək.                                                                                                                             

Yeganə Rzayeva,

Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına

7 nömrəli tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir