• C. Noy 29th, 2024

Son illərdə Azərbaycan sərhədçilərinin peşəkarlığının artırılması üçün görülən işlər açıqlanıb

ByYenigun.news

Okt 6, 2023


“Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqlarını icra etməyə qadir olan “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinin inşası və DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətin Silahlı Qüvvələrində etalon kimi qəbul edilməsi bütünlüklə yüksək nailiyyətlərdir”.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində  dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlardan bununla əlaqədar müraciətlərin daxil olmasının davam etməsi, eyni zamanda, sərhədçilərin sosial-məişət vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər ötən müddət ərzində qazanılan ciddi müvəffəqiyyətlərdir:

“Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2007-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasının, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə DSX-nin tərkibində xüsusi təyinatlı tam orta təhsil müəssisəsinin – Xüsusi Məktəbin yaradılması, Heydər Əliyev Fondunun dəstəyi ilə zəruri tədris və maddi-texniki baza ilə təchiz edilməsi sayəsində bu illər ərzində Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırılmasına nail olunub. Nəticə etibarilə Xüsusi Məktəbdə yeddi il, Akademiyada dörd il olmaqla, cəmi 11 il müddətində Vətəninə, Prezidentinə, dövlətçiliyinə sadiq vətənpərvər sərhədçi zabit heyətinin yetişdirilməsi üçün tam şərait yaradılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir