• Bz. Apr 20th, 2025

Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə yeni rəis təyin edilib

ByYenigun.news

Dek 31, 2023


Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə yeni rəis təyin edilib.

“Report” xəbər verir ki, Mirfuad Mahmudov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.

İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib.

Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Xatırladaq ki, M. Mahmudov daha öncə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir