İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu maraqlı anlarla yadda qalıb.
Bizim.media xəbər verir ki, foruma qatılan media könüllülərinin rəqsi xarici jurnalistlərin marağına səbəb olub.
Belə ki, könüllülər Azərbaycan milli rəqslərini ifa ediblər.
Daha sonra isə Azərbaycanın ən qədim milli rəqsi olan “Yallı”ya xarici jurnalistlər və qonaqlar da qoşulublar.
Sözügedən görüntüləri təqdim edirik: