Şuşada “Şuşa Məclisi Müzakirələri” formatında beynəlxalq konfrans keçiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
O qeyd edib: “Ağdamın adını daşıyan təyyarə ilə Füzuli hava limanına uçuruq. Məqsədimiz “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirməkdir. Şuşa həm də regionun diplomatik paytaxtı olur”.
With Plane after name of Agdam we are flying to recently built Fuzuli airport to visit Shusha to hold intern-l conference on “South Caucasus Development&Cooperation” with inter-l think tanks under #ShushaMajlisDiscussion format. #Shusha becomes also diplomatic capital of region pic.twitter.com/bGDQUNz8Mq
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 28, 2022