• Ça. Avq 26th, 2025

Şuşada ilk “Natəvan” operası təqdim edildi – FOTO

ByYenigun.news

May 11, 2023


“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

Oxu.Az xəbər verir ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıblar. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.