Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir.
Oxu.Az xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Toplantıda hər iki komitənin üzvləri iştirak edirlər.
İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.
Qeyd edək ki, bu iclas Şuşada keçirilən sayca ikinci komitə iclasıdır. İlk iclas aprelin 8-də keçirilmişdi.
Milli Məclisdə komitələrin iclaslarının Şuşada keçirilməsi üçün qrafik tutulub.