“Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil veriləcək”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Şuşa tarixi qoruq statusu daşıyır. Şəhərdə yaşayış sahələrində böyükhəcmli yaşıllıq ərazilər olacaq”, – o deyib.