• Be. Noy 25th, 2024

Svante Kornel: “Azərbaycana nəzarət etmək cəhdləri əbəsdir”

ByYenigun.news

Apr 28, 2022

“Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması region üçün yeni mərhələnin başlanğıcı deməkdir”.

“Report” xəbər verir ki, bunu Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) direktoru Svante Kornel Şuşada beyin mərkəzləri arasında keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” konfransında bildirib.

“Erməni separatçılığı Sovet İttifaqında bu cür münaqişələrə rəvac verib, – deyən qurum rəhbəri Qarabağ münaqişəsinin həlli ilə regionda yeni mərhələnin başladığını diqqətə çatdırıb. – Əlbəttə, qarşıda görüləcək xeyli işlər var”.

O, Azərbaycandakı iqtisadi artımın azad olunmuş əraziləri sürətlə bərpa etməyə şərait yaratdığını dilə gətirib.

Ekspert həmçinin Azərbaycanın müstəqil xarici siyasət yeritdiyini də qeyd edib:

“Azərbaycana nəzarət etmək cəhdləri əbəsdir, onunla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq olar”.
Onun fikrincə, regionda yaranmış yeni reallıqlar Ermənistanı əvvəlki fikirlərindən daşınmağa vadar edib. O, Ermənistanı qonşularını işğal etməyə yox, onlarla təmas qurmağa başlamağa çağırıb.

Ekspert hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər Ermənistanda da müəyyən daxili proseslər başlaya bilməzdi.

Regionda kommunikasiyaların açılmasının yeni imkanlar yaradacağı da diqqətə çatdırılıb:

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə bağlı faciəvi hadisələr Şərqlə Qərb arasında ticarət əlaqələrini pozdu, nəticədə alternativ marşrutlara ehtiyac artdı. Zəngəzur dəhlizinin açılması bu mənada dəyərli töhfə ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir