• Ç. Dek 24th, 2025

Syerra-Leone prezidenti İlham Əliyevi təbrik etdi

Byadmin

İyn 12, 2023


Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.