• Ç. Dek 24th, 2025

Təbiət hadisələri zamanı zərər görmüş fermerlərə ödənişlər ediləcək? – AÇIQLAMA

Byadmin

İyn 14, 2023


“Təbiət hadisələri nəticəsində fermerlərin əkin sahələrinə dəymiş zərər bu gün sığorta fondunun ekspertləri tərəfindən qiymətləndirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. 

O bildirib ki, sığorta olunmuş bütün fermerlərə ödənişlər həyata keçiriləcək;

“Təbiətin şıltaqlığı bizə sığortanın nə qədər önəmli olduğunu göstərir. Bütün fermer və iş adamlarını aqrar sığortaya qoşulmağa və ya sahələrini könüllü sığorta etdirməyə dəvət edirəm”.

İlhamə Əbülfət