• Be. Noy 25th, 2024

Tahir Budaqov: “Zərifə xanım Azərbaycan tarixində silinməz izlər buraxıb”

ByYenigun.news

Apr 28, 2023


“Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Z.Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir:

“Zərifə xanım həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir