• Ça. Noy 26th, 2024

Talışa və Ağalıya müntəzəm avtobus marşrutları açılır – RƏSMİ

ByYenigun.news

İyl 5, 2023


Gələn ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili), Görədil qəsəbəsi-Xırdalan şəhəri (Abşeron rayonu daxili) və Güzdək qəsəbəsi (Abşeron rayonu)-Bakı şəhəri üzrə müntəzəm avtobus marşrutları üzrə müsabiqə keçirəcək.

Bu barədə Oxu.Az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müsabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.

Marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir