• Be. Noy 25th, 2024

Taras Kuzio: “Rusiya işə qarışmasa, Azərbaycanla Ermənistanın münasibətləri normallaşa bilər”

ByYenigun.news

Apr 28, 2022

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verə bilər”.

Bu barədə “Report”a Ukraynanın “Kiyevo-Moqilyanskaya Akademiya” Milli Universitetinin professoru Taras Kuzio bildirib.

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Rusiyanın bu işə qarışmayacağı halda mümkündür.

“Rusiya postsovet məkanında heç bir münaqişənin həllində maraqlı deyil. Bunu 30 illik təcrübə göstərir – nə Moldova, nə Gürcüstan, nə də Ukraynadakı münaqişələr həll olunub. Yaxşı haldır ki, Avropa İttifaqı indi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində daha çox iştirak edir. Ola bilsin ki, sülh sazişinin əldə olunmasında irəliləyiş əldə olunacaq”, – deyə T.Kuzio bildirib.

Onun fikrincə, sülh razılaşması əldə etmək və regionda sabitlik yaratmaq şansı var.

“Bu, hər iki ölkəyə, o cümlədən iqtisadi imkanların çatışmazlığından əziyyət çəkən Ermənistana xeyir verəcək. Sülh müqaviləsi isə bu baxımdan yeni imkanlar yaradır”, – deyə o fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir