• Ca. Noy 28th, 2024

“Tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir” – RƏY

ByYenigun.news

Apr 30, 2022

“Prezident İlham Əliyev ADA universitetində keçirilən beynəlxalq konfransda postmüharibə dövrünün reallıqları ilə bağlı bir sıra olduqca mühüm tezislərlə çıxış etdi”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

O xatırladıb ki, bu tezislərdən biri də Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı hansı xəritələrə istinad məsələsini özündə ehtiva etməsi ilə bağlı idi:

“Prezident qeyd etdi ki, bu məsələlərdə hər halda tarix mütləq nəzərə alınmalıdır. Burada bir xəritəyə istinad etmək olmaz. Burada bir neçə xəritədən istifadə edilməlidir. Xüsusilə də qeyd etdi ki, o baxımdan tarix nəzərə alınmalıdır ki, məsələn 1918-ci il xəritəsi var ki, İrəvan Azərbaycanın tərkib hissəsidir. 1920-ci ilin xəritəsi var ki, Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Eyni zamanda İranla Ermənistan arasındakı sərhədboyu ərazilərdə azərbaycanlılar yaşayıb. 1918-ci ildə İrəvan, 1920-ci ilin noyabr ayında Zəngəzur Ermənistana verilib. İlham Əliyev xüsusilə də Zəngəzurla bağlı məsələyə diqqəti cəlb etdi ki, o zaman orada sahə 42 kilometrlik idi. Sonradan Ermənilər onu daha da genişləndiriblər, fürsətdən istifadə ediblər. Beləliklə, xəritəni süni şəkildə dəyişdiriblər”.

“Ona görə də, Prezident bir daha vurğuladı ki, biz ilk növbədə Cənubi Qafqazın sovetləşməsindən sonrakı dövr xəritələrinə istinad etməliyik. Amma eyni zamanda da Çar Rusiyasından üzü bəri xəritələr var ki, sərhədlərin müəyyən olunması prosesinə cəlb olunmalıdır. Beləliklə, tarixi həqiqət və reallıq sərhədlərin müəyyən olunmasında öz sözünü deməlidir. Bunun üçün də təbii ki, çoxsaylı xəritələrə istinad ediləcək. Həqiqət və ədalət zəfər çalacaq”, – deputat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir