Tavuşun Kirants kəndinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə razılaşmaya etiraz edən sakinləri tərəfindən dünəndən bağlı olan Ermənistan-Gürcüstan yolu açılıb.
Bu barədə kənd sakinləri bildiriblər.
Qeyd olunub ki, dünən polisin post qurduğu kəndə gedən yol da açıqdır.
Qərar bir qrup kənd sakininin Tavuş qubernatoru Ayk Qalumyanla görüşündən sonra qəbul edilib.
Mənbə: “Sputnik Ermənistan”