“Qarabağ türk dünyasının bir parçasıdır”.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror tədbirlərinə münasibət bildirərkən deyib.
“Qarabağ, əlbəttə, Azərbaycanın bir hissəsidir. Qarabağ tamamilə Azərbaycanın suverenliyində olmalıdır”, – deyə o vurğulayıb.