Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olub.
Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.
“Səfər zamanı qonağa Ağdamın dağıdılmış dini və tarixi abidələri, şəhərin inkişaf planı haqqında məlumat verilib”, – deyə paylaşımda qeyd olunur.
Глава представительства #ОрганизацииТюркскихГосударств в Будапеште, #посол Янош Ховари посетил освобожденный от оккупации #Агдам. В ходе визита гость был проинформирован о разрушенных #религиозных и #исторических памятниках Агдама и плане развития города. https://t.co/leKo9EJrDy
— Emin Huseynov (@Emin_H_official) September 20, 2022