“Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi ehtiramla yad edirik”.
Bu fikir Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” hesabındakı 1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşımında yer alıb.
“Bu gün (təşkilatın – red.) təsisçi üzv dövlətimiz olan Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”, – paylaşımda qeyd olunur.
Today marks in our Founding Member State #Azerbaijan, the Day of #Genocide of the Azerbaijanis.
On this day of mourning, we join our Azerbaijani brothers and sisters to commemorate with deep respect all the martyrs who lost their lives at these tragic events.#31marchgenocide… pic.twitter.com/wPiEN9xRRr
— Organization of Turkic States (@Turkic_States) March 30, 2023