Sentyabrın 27-də – Anım Günündə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri Araz Nəsirov və Anar İsrafilov, struktur bölmə rəhbərləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, qurumun icraçı direktoru Vüqar Qurbanov və xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.
Vətən müharibəsinin başladığı gün – 27 sentyabr – müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.