• Ca. Noy 28th, 2024

Teodor Karasik: “İrəvan üzünü Qərbə çevirməyə cəhd edir”

ByYenigun.news

Sen 21, 2022

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana bu yaxınlarda həyata keçirdiyi səfərə bir neçə aspektdən baxmaq lazımdır. Əvvəla, etiraf edək ki, ABŞ və Rusiya arasında bir neçə ay əvvəldən Ermənistanın gələcəyi uğrunda mübarizə başlayıb”.

Bunu amerikalı analitik, “Gulf State Analytics”in aparıcı eksperti (geosiyasi risklərin qiymətləndirilməsi təşkilatı, Vaşinqtonda yerləşir) doktor Teodor Karasik Pelosinin İrəvan səfərini Oxu.Az-a şərh edərkən deyib.

O, bu dediklərinə isbat kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün İrəvana yollanmasını, daha sonra Vaşinqtonun hərəkətlərinə cavab olaraq Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Ermənistana səfərini xatırladıb.

“İndi isə bir neçə gün əvvəl Azərbaycan və Ermənistan arasında baş vermiş qarşıdurmaya keçək. Bütün bunların fonunda Nensi Pelosinin gəlişi İrəvanın üzünü Qərbə çevirmək cəhdi baxımından daha böyük məna qazanır”, – deyə ekspert bildirib.

Analitikin sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikerinin səfəri Qərbə Qafqazdakı dinamikanı öyrənmək baxımından yeni imkanlar açır.

“Həmçinin ABŞ-da güclü erməni diasporu faktoru da var. Ermənistanın Azərbaycan və Türkiyənin mühasirəsindən qaçmağa çalışan ölkə imici yaradılır. Bununla da yeni bölücü xətlər yaranır”, – deyə T.Karasik sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir