• Ca. Noy 28th, 2024

Tikilməkdə olan Laçın aeroportundan son görüntülər – VİDEO

ByYenigun.news

Apr 26, 2024




Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.

Oxu.Az-ın məlumatına görə, aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.

Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir