“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması real məsələdir, bütün elementlər masadadır. Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir”.
Bunu APA-nın Antalyaya ezam olunmuş müxbirinə verdiyi açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
Onun sözlərinə görə, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb:
“Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi, təbii ki, iki ölkə arasında imzalanacaq və kənardakı hər hansı vasitəçi (tərəfdaş), sadəcə, bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı tərəfdaşlar dəstək verə biləcək tərəf ola bilərlər”.