• Ç. Noy 27th, 2024

Toivo Klaarın Hikmət Hacıyev və Armen Qriqoryanla telefon danışığı olub – FOTO

ByYenigun.news

Apr 12, 2022

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı aparıb.

Bu barədə Toivo Klaar “Twitter”də bildirib.

O, dünən və bu gün Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr apardığını vurğulayıb.

“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında təması tam dəstəkləyir”, – Aİ diplomatı qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir