• Ca. Noy 28th, 2024

Toivo Klaarın mandatı uzadılıb

ByYenigun.news

İyl 20, 2023


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, estoniyalı diplomatın mandatı daha bir il –  2024-cü il avqustun 31-nə qədər uzadılıb.

Qeyd edək ki, Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı problemlərin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlığı təşviq etməkdir.

Mənbə: Consilium.europa.eu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir