• C. Noy 1st, 2024

Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır”

ByYenigun.news

Yan 9, 2023

“Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər biryanlı olduğunu göstərən mühüm faktoloji əsasdır. Qərbi Azərbaycandan bir xalqın əsr boyu didərgin edilməsi, imperialist dairələrin bu reallığı görməzdən gəlməyi və nəticədə işğalın legitimləşdirilməsi, bir xalqın isə yurd-yuvalarından zorla kənarlaşdırılması prosesisinin ən dəhşətli mənzərəsidir. Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin, azərbaycanlı izlərinin Ermənistan dövləti tərəfindən total şəkildə saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam edir. Eyni zamanda Xankəndi və ətrafından yaşayan az sayılı erməni vətəndaşlarımızı separatçı oyunlara cəlb edən xarici güc faktorları saysız azərbaycanlının Qərbi Azərbaycana qayıdış prosesindən bəhs edə bilmir. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi deməkdir. Qlobal nizamsızlıqdan biz heç nə gözləmirik, öz liderimizə güvənirik, həmçinin hər birimiz də Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq”.

Bu fikirləri “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.

“Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da işləməliyik: “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış konsepsiyası olmalıdır” – deyə T.İsmayılov qeyd edib.

Onun sözlərinə görə, bu tarixi amalın reallaşdırılmağı üçün dövlət başçısı öz qətiyyətini və dəstəyini nümayiş etdirib. Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazalarını formalaşdırmaqda bütün ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak etməlidir. İrəvandakı Təpəbaşı məhəlləsi də daxil olmaqla bir çox Azərbaycan abidələrinə qarşı Ermənistan vandallığı bir an olsun dayanmır. Əlimizdəki bütün mexanizmləri işlək hala gətirmək üçün Qərbi Azərbaycan məsələsində də xalqımız vətəndaş birliyini ən yüksək səviyyədə nümayiş etdirəcək.

T.İsmayılov qeyd edib ki, 1988-ci il deportasiyasını bilavasitə yaşamış, o dəhşətli hadisələrin şahidi olmuş qərbi azərbaycanlılar var, onların beynəlxalq platformalarda səsini duyurmalıyıq. Həmin canlı şahidlərlə, deportasiya qurbanları ilə görüşlər keçirmək, onların xatirələrini dinləmək, onların dediklərini sənədləşdirmək lazımdır. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya edilən insanlarla bağlı sənədli filmlər hazırlanmağını təşviq etmək üçün işlər görüləcək yəqin. Həmçinin media mənsublarımız da deportasiya qurbanlarının taleyini daha çox işıqlandırmağa çalışacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir