• Ça. Dek 23rd, 2025

Turizm işçilərinin peşə bayramlarının vaxtı dəyişdirildi

Byadmin

Sen 19, 2022

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.