Türkiyə Milli Müdafiə Nazirliyi 27 Sentyabr – şəhidlərin Anım Günü münasibətilə paylaşım edib.
“Qəhrəman Azərbaycan Ordusunun iki il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gündə qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, – deyə nazirliyin “Twitter” hesabından etdiyi paylaşımda qeyd olunur.
“Qarabağda şanlı Zəfər əldə edərək bizi qürurlandıran şanlı Azərbaycan Ordusunu salamlayırıq”, – deyə paylaşıma əlavə edilib.
Kahraman Azerbaycan ordusunun 2 yıl önce Karabağ’daki işgal edilmiş topraklarını kurtarmak için başlattığı ve 44 günde zafere ulaştığı şanlı mücadelenin yıl dönümünde; kahraman şehitlerimizi rahmet, minnet ve saygıyla anıyoruz. #İkiDevletTekMillet ???? pic.twitter.com/2ywUB88Zr6
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 27, 2022