“105 il əvvəl olduğu kimi, bu gün də azərbaycanlı qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edirik”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Bakının azad edilməsinin 105-ci ili münasibətilə paylaşımında bildirilib.
“Azərbaycanlı qardaşlarımızı tək qoymayan Nuri (Killigil) Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik”, – deyə qurumdan vurğulanıb.
#Bakü’nün düşman işgalinden kurtuluşunun 105’inci yılı kutlu olsun. Azerbaycan Türkü kardeşlerimizi yalnız bırakmayan Nuri (Killigil) Paşa’yı ve onun komutasındaki Kafkas İslam Ordusu’nun kahramanlarını saygıyla ve rahmetle anıyoruz.
105 yıl önce olduğu gibi bugün de… pic.twitter.com/4WJXQEg5Q5
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2023