Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə anıb.
Bu barədə Nazirliyin “Twitter” səhifəsində paylaşım edilib.
“Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya tanıdan Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə rəhmət və ehtiramla yad edirik”, – deyə paylaşımda qeyd olunur.
“Biz bir millet, iki devletiz” diyerek kardeşliğimizi tüm dünyaya haykıran Can #Azerbaycan’ın Millî Lideri #HaydarAliyev’i vefatının 19’uncu yıl dönümünde rahmet ve saygıyla anıyoruz. ???? pic.twitter.com/n40OZcY9RJ
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 12, 2022