“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropa təhdid altında qalıb. Bununla da təhlükəsizlik dünyanın birinci məsələsinə çevrildi”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində “Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu” haqqında iştirakçılar qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bununla da həm qida, həm də qaz məsələsi təhlükəsizliklə eyni səviyyəyə gəlib çıxıb:
“Qazın qiyməti bəlli olmadığı kimi, məhsulun da qiymətinin necə olacağı məlum olmayacaq”.