“Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Bakıdakı diplomatik missiyalar, hərbi attaşələr və media qurumlarının təmsilçiləri ilə birlikdə Ağdam-Xankəndi yolundadır:
“Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə aparmağa səy göstərdiyi humanitar yük və mövcud vəziyyət barədə diplomatik missiyaları və medianı məlumatlandırdı”.
Səfir qeyd edib ki, Türkiyənin beynəlxalq ictimaiyyətdən gözləntisi regionda sülh və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi üçün atdığı addımların, o cümlədən Bakının humanitar yardım səylərinin dəstəkləməsidir.
Bakü‘deki diplomatik misyonlar, askeri ateşelikler ve medya kuruluşlarıyla birlikte Ağdam-Hankendi yolundayız.
Azerbaycan Kızılayı tarafından Hankendi’ye ulaştırılmaya çalışılan insani yardım tırları ve gündem hakkında Cumhurbaşkanı Yardımcısı @HikmetHajiyev diplomatik… pic.twitter.com/Gt2rAl5MHm
— Cahit Bağcı (@cahitbagci) August 31, 2023