• Be. Sen 22nd, 2025

Türkiyə səfiri İrəvanda “Nemezis” abidəsinin açılışını pislədi: “Həqiqət üçün arxivlərinə baxsınlar” – FOTO

ByYenigun.news

Apr 27, 2023


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ermənistanın paytaxtı İrəvanda “Nemezis” abidəsinin açılışına reaksiya verib.

Səfir abidənin açılmasını pisləyib və bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“İrəvanda “Nemezis” abidəsinin açılmasını şiddətlə qınayırıq. Tarixi həqiqətləri axtaranlar öz arxivlərinə baxmalıdırlar”, – deyə o paylaşımında qeyd edib.