“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməyə yönəlmiş bir anlaşmadır. Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.