Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib.
Bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bəyan edib.
“Görüş olacaq, biz qərar vermişik. Tarixi və yeri barədə razılığa gəlinəcək”, – deyə Kılıç bildirib.
O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını vurğulayıb.
Mənbə: RİA Novosti