• Be. Noy 25th, 2024

Türkiyə XİN rəhbəri: “Geosiyasi sıxıntılar “Orta dəhliz” üçün yeni fürsətlər açır”

ByYenigun.news

Avq 2, 2022

“Dünyada və regionda baş verən qeyri-müəyyənliklər, Ukraynadakı müharibə, Əfqanıstan böhranı, böyük güclər arasında siyasi və hərbi rəqabət, epidemiyanın sosial-iqtisadi təsirləri qlobal problemə çevrilib. Ancaq bununla belə bu böhran risklərdən əlavə fürsətlər də verir. Avrasiya və İpək yolu yenidən mərkəzi marşruta çevrilir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.

O, dünyanın ən böyük ticarət həcminin Asiya ilə Avropa arasında olduğunu xatırladıb.

“Bu ticarət axınının tam qəlbində yer alan ölkələrimiz bu zənginliyi idarə etməlidir. Geosiyasi sıxıntılar “Orta dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üçün yeni fürsətlər açır. Belə ki, “Orta dəhliz” və Xəzər dənizi ilə tranzit marşrutlar həm maliyyə, həm də təhlükəsizlik baxımından önə çıxır”, – deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir