• Ç. Noy 27th, 2024

Türkiyəli general: “Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi üçün çox vacibdir”

ByYenigun.news

Sen 25, 2023


“Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi və sülhlə nəticələnəcək həll yolu üçün ən vacib xüsuslardan biridir”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılmasını 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın doqquzuncu maddəsi ilə təsbit edilib. Həmsöhbətimiz diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Avropanı Orta Asiya ilə əlaqələndirən ən qısa yol olacaq:

“Bu dəhliz Azərbaycanı Naxçıvana, Türkiyəni Azərbaycana və Türk dünyasına quru yolu ilə bağlayacaq. Yəni tarixi, iqtisadi, geopolitik bir əhəmiyyətə sahibdir”.

Y.Karauz dəhlizin açılma ehtimalının çox yüksək olduğunu söyləyib:

“Dəhlizin açılma ehtimalını çox yüksək görürəm. Onsuz da Azərbaycan öz üzərinə düşən işlərin 85 faizini tamamlayıb. Zəngəzur dəhlizinin açılmama ehtimalı çox azdır. Laçın yolu gündəmdə varsa, deməli Zəngəzur dəhlizinin açılması da mütləqdir, qırmızı xətdir. Rusiya da bunun baş tutmasını istəyir, çünki dəhlizin fəaliyyətinin reallaşması Rusiyanı Türkiyəyə – Qarsa, Ərzuruma bağlayacaq. Bu, regionda iqtisadi, mədəni və sosial inkişafa da müsbət təsir göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir