Prezident İlham Əliyevə məktub yazdıqdan sonra dövlət başçısının dəvəti ilə Azərbaycana gələn türkiyəli şagirdlər Füzuli aeroportunda olublar.
Oxu.Az-ın məlumatına əsasən, Türkiyənin Kastomonu vilayətinin Kuzeykənd ibtidai məktəbinin 4A sinfinin müəllim və şagird heyəti işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərindən danışıblar.
Onlar Ermənistanın Azərbaycana qarşı vandalizmindən söz açıblar, bildiriblər ki, ermənilər işğal müddətində mədəniyyət abidələrini, dini abidələri dağıdıblar.
Səfərdən məmnun olduqlarını söyləyən heyət Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davam edəcəyini bildiriblər. Şagirdlər “Qarabağ Azərbaycandır”, “Bir millət, iki dövlət” şüalarını da səsləndiriblər.
Aqşin Kərimov