Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
O, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.
Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan qardaş Türkiyəyə yardım göstərib:
“Digər ölkələrdən də yardım üçün gələnlər var. Ancaq köməyə ilk gələn Azərbaycan oldu”.
Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.