Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təbrik mesajı paylaşıb.
“Bir millət, iki dövlət olduğumuz Azərbaycanın 15 iyun Milli Qurtuluş Gününü səmimi qəlbdən təbrik edirik. Can Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqillik gününü tam olaraq təmsil edən 15 iyun bu tarixi anlamı ilə əbədi olaraq qeyd olunsun”, – nazir yazıb.
Bir millet iki devlet olduğumuz Azerbaycan’ın 15 Haziran Millî Kurtuluş Günü’nü yürekten kutluyoruz. Can Azerbaycan’ın 1991 yılında ilan ettiği tam bağımsızlık gününü temsil eden 15 Haziran, bu tarihi anlamıyla ebediyete kadar kutlansın.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) June 15, 2023