“Səfərimizin məqsədi iki ölkə arasındakı qardaşlıq bağlarını gücləndirmək, vətən torpaqları uğrunda canını verməyə hazır olan gələcək nəsillər yetişdirməkdir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Yusuf Tekin yanvarın 31-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“İnşallah, bir daha torpaqlarımız uğrunda döyüşmək məcburiyyətində qalmarıq, daim sülh, barış içərisində yaşayarıq. Hücuma məruz qalası olsaq, vətəni sonuna qədər qorumağa hazır olan, canından keçəcək nəsil yetişdirməliyik”.