Gürcüstandakı Azərbaycan icmasının nümayəndələri Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün öz yardımlarını təklif ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Tbilisidəki səfirliyinin sosial media hesablarındakı paylaşımlarda bildirilib.
“Bizi tək qoymayan Gürcüstandakı Azərbaycan icmasının nümayəndələrinə həmrəyliklərinə görə təşəkkür edirik”, – deyə diplomatik korpusun məlumatında qeyd olunur.