“Ötən gündən 201 nəfərə yaxın vətəndaşımız təxliyə olunub”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, hazırda təxliyə prosesi davam edir:
“Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə çatırlar. Bu gün ərzində nə qədər vətəndaşımız oradan təxliyə edilib, bu barədə hələ ki bizdə tam məlumat yoxdur”.
O qeyd edib ki, təxliyə olunanlar arasında üç-dörd nəfər Türkiyə vətəndaşı da var.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 5 894 nəfər həyatını itirib, 34 810 nəfər yaralanıb.
İlhamə Əbülfət